Cəlal Hüseynovun komandası liderlik yarışında xal itirdi

18 Oktyabr 2026 00:05
73
Cəlal Hüseynovun komandası liderlik yarışında xal itirdi

Rumıniya Superliqasının 12-ci turunda Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” doğma meydanda “Sepsi” ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, Ployeşti təmsilçisi 26-cı dəqiqədə portuqaliyalı Leo Teyşeyranın qolu ilə hesabı açıb. Lakin qonaqlar səkkiz dəqiqə sonra Doru Andreyin dəqiq zərbəsi sayəsində tarazlığı bərpa ediblər.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Cəlal Hüseynov 85-ci dəqiqədə meydana daxil olub.

Bu nəticədən sonra “Petrolul” 20 xalla turnir cədvəlinin dördüncü pilləsində qalıb. “Sepsi” isə 14 xalla 11-ci sırada qərarlaşıb.

Turnir cədvəlinə 29 xalla “Dinamo” başçılıq edir. “Rapid” 24 xalla ikinci, “Universitatya Krayova” isə 23 xalla üçüncüdür.

İdman.Biz