Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa çempionatının 11-ci turunda səfər qələbəsi qazanıb.
İdman.Biz xəbər verir ki, azərbaycanlı futbolçunun komandası “Veçista”nı 2:1 hesabı ilə məğlub edib.
“Veçista”nın heyətində 69-cu dəqiqədə Lisandro Semedo fərqlənib, “Rakuv”un qollarını isə 79-cu dəqiqədə penaltidən və 88-ci dəqiqədə Lamin Diabi-Fadiqa vurub.
Start heyətində meydana çıxan Emreli 87-ci dəqiqədə əvəzlənib. Həmin vaxt hesab 1:1 olub. Bundan sonra “Rakuv” qələbə qolunu vuraraq üç xal qazanıb.
Bu, komandanın Polşa çempionatının cari mövsümündə cəmi ikinci qələbəsi olub.
Buna baxmayaraq, “Rakuv” altı xalla Ekstraklasanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
