23 yaşadək minifutbolçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında bu gün növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, yığma Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gələcək.
Mali Loşin şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün keçirdiyi oyunlarda Rumıniya ilə 3:3 hesablı heç-heçə edib, Çexiyaya isə 4:2 hesabı ilə qalib gəlib. Yığma növbəti matçını sabah Slovakiya seçməsinə qarşı keçirəcək.
