Kahim Parris: “Bu, inanılmaz bir hissdir”

14 Oktyabr 2026 10:56
113
Kahim Parris: “Bu, inanılmaz bir hissdir”

“Bu, inanılmaz bir hissdir”.

Bu sözləri “Sabah”ın futbolçusu Kahim Parris deyib.

26 yaşlı yarımmüdafiəçi Bakıda “Slaviya” üzərində qazanılan UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci tur matçından sonra fikirlərini bölüşüb.

“Bu, liqa mərhələsində ilk qolum, həmçinin turnirdə ilk qələbəmizdir. Klub, ölkə və özümüz üçün tarix yazdıq. Bu, həm mənim, həm də ailəm üçün qürurverici andır”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib. “Bayquşlar”ın ilk qolunu Kahim Parris vurub. Yamaykalı futbolçu bununla da “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qolunun müəllifi olub.

İdman.Biz