Litva səfiri “Sabah”ı tarixi qələbə münasibətilə təbrik etdi - FOTO

14 Oktyabr 2026 09:57
96
Litva səfiri “Sabah”ı tarixi qələbə münasibətilə təbrik etdi - FOTO

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Çexiyanın “Slaviya” komandası üzərindəki qələbə münasibətilə təbrik edib.

İdman.Biz xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Sabah” futbol klubu və Azərbaycan futbolu üçün gözəl bir axşam! Oyunçuları və bütün komandanı təbrik edirik! Fəxr edirik ki, litvalı məşqçi Valdas Dambrauskas komandanı bu əlamətdar nailiyyətə aparır”, - səfir yazıb.

Qeyd edək ki, ötən gün “Sabah” FK UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Çexiyanın “Slaviya” komandası üzərində 2:0 hesabı ilə tarixi qələbə qazanıb.

İdman.Biz