İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik Çempionlar Liqasında “Qalatasaray”la keçirilən səfər oyunundan sonra qeyri-adi hadisə ilə üzləşib.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis İstanbul təmsilçisinin stadionunda konfrans zalına yanğın çıxışı qapısından gəlib və həmin qapı təsadüfdən bağlı olub.
Stadion əməkdaşları qapını açmaq üçün bir müddət çıxış yolu axtarıblar. Bu müddətdə jurnalistlər baş məşqçinin mətbuat konfransına gəlməsini gözləməli olublar.
Nəhayət, açar tapılıb və 61 yaşlı mütəxəssis jurnalistlərin qarşısına keçə bilib.
Qeyd edək ki, oktyabrın 13-də İstanbulda keçirilən Çempionlar Liqasının ikinci turunun qarşılaşmasında “Barselona” “Qalatasaray”ı 4:1 hesabı ilə məğlub edib.
