Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” Ukrayna Premyer Liqasında növbəti məğlubiyyətini alıb.
İdman.Biz xəbər verir ki, Çernovtsı təmsilçisi doqquzuncu turda səfərdə “Kudrivka”ya 1:4 hesabı ilə uduzub.
Meydan sahiblərinin heyətində Dmitri Svityuxa üçüncü, Artur Dumanyuk 16-cı dəqiqədə fərqlənib. İkinci hissədə İvan Petryak 50-ci dəqiqədə hesab arasındakı fərqi üç topa çatdırıb. Qonaqların yeganə qolunu 57-ci dəqiqədə penaltidən Vladimir Daxnovski vurub. Görüşdə son nöqtəni isə 79-cu dəqiqədə Raymond Ovusu qoyub.
Renat Dadaşov bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. Azərbaycan millisinin hücumçusu nə əsas heyətdə, nə də ehtiyat oyunçular sırasında yer alıb.
Qeyd edək ki, “Bukovina” növbəti oyununu oktyabrın 25-də “Krivbass”a qarşı keçirəcək.
