Mbappe Yamalı geridə qoydu: El-Klasiko öncəsi diqqətçəkən statistika

19 Oktyabr 2026 05:44
120
Mbappe Yamalı geridə qoydu: El-Klasiko öncəsi diqqətçəkən statistika

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe La Liqanın doqquzuncu turunda “Sevilya” ilə qarşılaşmada dubl edərək qol sayına görə “Barselona”nın futbolçusu Lamin Yamalı geridə qoyub.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisinin 4:1 hesabı ilə qalib gəldiyi görüşdə fransalı hücumçu 37-ci dəqiqədə fərqlənib, ikinci qolunu isə penaltidən vurub.

Bununla da Mbappe cari La Liqa mövsümündə qol sayını doqquza çatdırıb. O, səkkiz qolu olan Yamalı geridə qoyub. Bombardirlər siyahısına isə 12 qolla “Barselona”nın braziliyalı futbolçusu Rafinya Dias başçılıq edir.

Mbappenin “Sevilya”ya qarşı statistikası da diqqət çəkir. Fransalı hücumçu bu rəqiblə keçirdiyi beş qarşılaşmanın dördündə qol vurub.

O, yalnız 2025/2026-cı illər mövsümünün 37-ci turunda “Real Madrid”in 0:1 hesabı ilə uduzduğu görüşdə fərqlənə bilməyib.

Ümumilikdə, Mbappe “Sevilya”ya qarşı beş oyunda beş qol vurub və bir məhsuldar ötürmə edib.

27 yaşlı futbolçu cari mövsüm bütün turnirlərdə keçirdiyi 11 qarşılaşmada 11 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Joze Mourinyonun rəhbərlik etdiyi “Real Madrid” növbəti turda “Barselona” ilə qarşılaşacaq. El-Klasiko oktyabrın 25-də “Kamp Nou” stadionunda keçiriləcək.

İdman.Biz