"Təəssüf ki, o, “Braqa” matçından əvvəl zədələnib. Bu vəziyyət Güləri narahat edir. İndi əsəbidir, amma vəziyyəti ciddi deyil”.
İdman.biz xəbər verir ki, bunu “Real”ın baş məşqçisi Karlo Ançelotti Arda Gülərin yenidən zədələnməsindən danışarkən deyib.
İtaliyalı mütəxəssis bildirib ki, türkiyəli futbolçusunun yaxşı formaya düşməsi və qayıtması üçün hələ vaxtlı var: "İlk zədələndikdən sonra əməliyyat olundu. Çox vaxt sağalma prosesində əzələ problemləri ola bilər. Onun "Real"daki gələcəyi çox yaxşı olacaq. Arda çox istedadlı futbolçudur. Gülərin məyusluğunu başa düşürəm və bu, sadəcə əzələ problemidir. Ümid edirəm ki, ən qısa zamanda sağalacaq".
Qeyd edək ki, yayda Madrid “Real”ına “Fənərbağça”dan transfer olunan Arda Gülər zədə səbəbi ilə hələ də paytaxt klubunda debüt edə bilməyib.
İdman.biz