"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
İdman.biz xəbər verir ki, o, oktyabrda bütün rəqiblərini qabaqlayıb.
Salah ötən ay 3 matçda 5 qol vurub. Ulduz mersisaydlıların yeddi xal qazanmasına kömək edib. Futbolçu üçün bu mükafat karyerasında 5-ci olub.
Qeyd edək ki, 31 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 11 matçda 8 qol və 4 məhsuldar ötümə ilə yadda qalıb. “Liverpul” 11 turdan sonra İngiltərə Premyer Liqasında 24 xalla üçüncüdür.
İdman.biz