Holandın “Mançester Siti”dən ayrılacağı təqdirdə oynayacağı klub bəlli olub

10 Sentyabr 2026 12:56
53
Holandın “Mançester Siti”dən ayrılacağı təqdirdə oynayacağı klub bəlli olub

İngiltərənin “Mançester Siti” futbol komandasının hücumçusu Erlinq Holand klubdan ayrılmaq qərarına gəlsə, karyerasını “Barselona”da davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, uzunmüddətli müqaviləsinin olmasına baxmayaraq, Mançester klubunun norveçli futbolçunun qərarına hörmət edəcəyi və onun ayrılmasına mane olmayacağı bildirilir.

Beləliklə, “Barselona” Holand üçün əsas variant hesab olunur. Xulian Alvaresin transferinin baş tutmamasından sonra Kataloniya klubunun həm norveçli hücumçunun transferinə, həm də onun maaşına kifayət qədər maliyyə resursunun qaldığı qeyd edilir.

Qeyd edək ki, “Transfermarkt” Holandın bazar dəyərini 220 milyon avro qiymətləndirir.

İdman.Biz
Məqalədə: