"Yuventus" Alvaro Moratanı üçüncü dəfə transfer edəcəkmi?

Xəbərlər
9 Noyabr 2023 17:49
201
"Yuventus" Alvaro Moratanı üçüncü dəfə transfer edəcəkmi?

“İspaniyalı ulduz futbolçu Alvaro Morata zövq aldığımız oyunçulardan biridir və o, heyətimizdə bizə yaxşı xidmət göstərib”.

İdman.az xəbər verir ki, bu barədə “Yuventus” klubunun saytı məlumat yayıb.

Bildirilib ki, Moratanı üçüncü müddətə kluba transfer etmək pis fikir deyil: “Onun faydalı olacağına əmin olmalıyıq. Qrupumuzda olan dörd hücumçumuzdan birini buraxmasaq, bu keçid çətin baş tutacaq”.

Qeyd edək ki, Alvaro iki dəfə “Yuventus”da olub və hər ikisində Massimiliano Alleqri ilə çalışıb.