“Çelsi” 117 milyon avroluq təklifdən imtina edib

19 Sentyabr 2026 04:41
92
“Çelsi” 117 milyon avroluq təklifdən imtina edib

“Çelsi” futbol klubu vinger Estevao Villianı “Liverpul”a satmaq niyyətində deyil.

İdman.Biz “Transfer News Live” saytına istinadən xəbər verir ki, son vaxtlar mersisaydlıların 19 yaşlı braziliyalı futbolçu üçün 100 milyon funt-sterlinq (təxminən 117 milyon avro) ödəməyə hazır olduğu barədə məlumatlar yayılıb.

Estevao Premyer Liqada az oyun praktikası əldə edir. Hesab olunur ki, futbolçu hələlik “Çelsi”nin yeni baş məşqçisi Xabi Alonsonun taktiki modelinə tam uyğunlaşmayıb.

Buna baxmayaraq, London klubunun rəhbərliyi vingerin satışını nəzərdən keçirmir. “Çelsi”də Estevaonu gələcək layihənin əsas oyunçularından biri hesab edirlər.

Braziliyalı futbolçu 2025-ci ilin yayında “Palmeyras”dan “Çelsi”yə keçib.

İdman.Biz