“Fransa milisi çox güclü komandadır. Qalib gəlməyə alışmış bir kollektivdir”.
İdman.biz xəbər verir ki, bunu futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montella deyib.
O, 2024-cü ildə "ay-ulduzlular"ın da iştirak edəcəyi Avropa çempionatını dəyərləndirib. Montella Fransa və İngiltərə millilərini əsas favorit hesab edir: “Belçikanın və evində oynadığı üçün Almaniyanın da çempionluq şansları var. İtaliya Avropa çempionatına vəsiqə qazansa, onların da şansı böyük olacaq. Son illər turnirlərdə əla iştirak edən Xorvatiyanı da unutmaq olmaz”.
İtaliyalı mütəxəssis Avropa çempionatında Türkiyənin addım-addım irəlləməyəcəyini deyib: "Vacib bir hədəfi reallaşdırdıq. İndi hazırlaşmaq üçün qarşıda zaman var. Mövsümün sonunda bir çox futbolçumuz hazır olsa, seçimimiz də artacaq. Yalnız o zaman hədəflərdən danışa biləcəyik. Nə qədər böyük xəyallarımız olsa, o qədər də çox çalışacağıq. Bu səbəbdən də arzularımızda bir limit olmamalıdır. Mən böyük xəyallar qurmağa, bunun üçün çox çalışmağa və sonra bütün gücümü sərf etmədim düşüncəsi ilə peşmanlıq çəkməyə alışmışam".
Qeyd edək ki, AVRO-2024 iyunun 14-də Münhendə başlayıb, iyulun 14-də Berlində başa çatacaq.
İdman.biz