"Arsenal"ın müdafiəçisi üçün mövsüm başa çatıb

Xəbərlər
3 Aprel 2025 21:20
115
"Arsenal"ın müdafiəçisi üçün mövsüm başa çatıb

"Arsenal" Qabriel Maqalyaeşin zədəsi ilə bağlı açıqlama yayıb.

İdman.biz xəbər verir ki, braziliyalı müdafiəçinin mövsümün sonuna kimi meydana çıxmayacağı bəlli olub.

"Fulhem"lə görüşün 16-cı dəqiqəsində zədələnən Qabrielin yaxın günlərdə əməliyyat olunacağı bildirilib. Bundan sonra 27 yaşlı futbolçunun bərpa prosesinə start veriləcək.

Qeyd edək ki, Maqalyaeş bu mövsümdə 42 oyunda 5 qol və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz