İtaliyalılarsız “Milan”

Xəbərlər
26 Oktyabr 2023 01:19
86
İtaliyalılarsız “Milan”

“Milan” Çempionlar Liqasında bir ilkə imza atıb.

İdman.biz saytı xəbər verir ki, ilk dəfə komandanın start heyətində italiyalı futbolçu yer almayıb.

Bu, turnirun 3-cü turunda PSJ ilə səfər matçına təsadüf edib. Baş məşqçi Stefano Pioli legioner futbolçulardan ibarət heyətə üstünlük verib. O, fasildən sonra italiyalılar – Kalabriya və Pobeqanı meydana buraxıb.

Qeyd edək ki, Parisdə 0:3 hesabı ilə uduzan “Milan” iki xalla qrupda sonuncu yeri tutur.

İdman.biz