Lamin Yamal “Qızıl top”a iddiasını açıqladı - VİDEO

14 Sentyabr 2026 11:34
71
Lamin Yamal “Qızıl top”a iddiasını açıqladı - VİDEO

“Barselona”nın ulduz futbolçusu Lamin Yamal açıq şəkildə “Qızıl top”a layiq olduğunu açılayıb.

İdman.Biz xəbər verir ki, “MovistarPlus+”ın televiziyasının qonağı olan Yamal bu barədə açıq fikirlər səsləndirib.

“Məncə, bu il qazandıqlarıma görə “Qızıl top”u mən almalıyam” - deyə o bildirib.

Jurnalist Xorxe Valdanonun “Qızıl top”la bağlı sualını cavablandıran ispaniyalı futbolçu fikirlərini belə ifadə edib:

“Mən bunu kimə verərdim? Dünyanın ən yaxşı futbolçusuna. Bəs kimə veriləcək? Bu, artıq çox uzun söhbətdir... Səmimi desəm, məncə, dünyanın ən yaxşı iki futbolçusu var və bu il qazandıqlarıma görə mükafata mən layiqəm. Mənim üçün dünyanın ən yaxşı iki futbolçusu Mbappe və mənik. Mənim üçün bu, aydındır və oyunlara baxan hər kəs bunu bilir”.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Bir ay sonra, zədə almadığı təqdirdə, Lamin Yamal Bakıya gələcək. O, noyabrın 25-də “Barselona”nın heyətində UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində paytaxtın “Sabah” klubuna qarşı oyunda iştirak edəcək.

İdman.Biz
Məqalədə: