“Qalib gəlmədik. Məyusuq. Amma bir xal qazandıq. Ümid edirik ki, növbəti oyunda qələbə qazanarıq”.
Bu sözləri “Qarabağ”ın futbolçusu Taofik İsmail Azərbaycan Premyer Liqasının beşinci turunda səfərdə “Zirə” ilə keçirilən matçdan (1:1) sonra deyib.
Hücumçu komandadakı ilk məhsuldar ötürməsini etməsinə və nəticəyə münasibət bildirib.
“Normaldır. Vacib olan qələbə qazanmaqdır. Heç-heçə etdik, amma növbəti oyunda qalib gəlməliyik, çünki çempionluq uğrunda mübarizə aparırıq”, - deyə o sportify.az-a açıqlamasında vurğulayıb.
T.İsmail növbəti görüşdə əsas heyətdə yer almaq ehtimalı və komandadakı rolu barədə də danışıb:
“Fərqi yoxdur, bu mənim üçün problem deyil. Ehtiyatda qalıramsa, bu da normaldır. Komandaya kömək etmək üçün meydana daxil oluram”.
