İtaliyanın “İnter” və Türkiyənin “Qalatasaray” klublarının sabiq hücumçusu Mauro İkardi karyerasını Yunanıstan çempionatında davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, türkiyəli insayder Ekrem Konurun sosial şəbəkələrdə yaydığı məlumata görə, 33 yaşlı argentinalı futbolçunu “Olimpiakos” heyətinə qatmaq istəyir.
Yunanıstan klubu hazırda azad agent statusunda olan İkardiyə rəsmi təklif göndərib.
Qeyd edək ki, Mauro İkardinin son klubu “Qalatasaray” olub. Argentinalı hücumçu ötən mövsüm Türkiyə çempionatında 31 oyunda iştirak edib. O, bu görüşlərdə 14 qol vurub, bunlardan biri penaltidən olub, həmçinin bir məhsuldar ötürmə ilə yadda qalıb.
