“Bavariya” ciddi itki ilə üzləşib.
İdman.biz xəbər verir ki, Leon Qoretska Almaniya Bundesliqasının hesabat turunda “Maynts”la oyunda zədələnib.
Qarşılaşmada fərqlənən futbolçunun əlində qırıq aşkarlanıb və əməliyyat olunub. O, bir müddət meydanlardan kənar qalacaq.
Buna qədər Almaniya təmsilçisində Dayot Upamekano, Serj Qnabri və Rafael Quarero da zədəli idi. Mazraui isə Fələstin paylaşımına görə heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, “Qalatasaray” - “Bavariya” oyunu oktyabrın 24-də, saat 20:45-də start götürəcək.
İdman.biz