İngiltərə Premyer Liqasının beşinci turunda “Mançester Siti” öz meydanında “Sanderlend”i 5:3 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Etihad” stadionunda keçirilən və Robert Consun idarə etdiyi qarşılaşmada hesabı doqquzuncu dəqiqədə “Siti”nin yeni transferi Enso Fernandes açıb. Cəmi üç dəqiqə sonra Brayan Brobbi tarazlığı bərpa edib.
29-cu dəqiqədə Rayan Çerki Antuan Semenyonun ötürməsindən sonra meydan sahiblərini yenidən önə çıxarıb. Brobbi 33-cü dəqiqədə ikinci qolunu vuraraq hesabı 2:2 edib. İlk hissənin sonlarında isə Semenyo fərqlənib və “Mançester Siti” fasiləyə 3:2 hesablı üstünlüklə yollanıb.
57-ci dəqiqədə Semenyo dublunu rəsmiləşdirib. İki dəqiqə sonra Brobbi het-trik edib və fərqi yenidən minimuma endirib. Qarşılaşmanın yekun hesabını isə 81-ci dəqiqədə Erlinq Holand müəyyənləşdirib - 5:3.
Qeyd edək ki, “Mançester Siti” beş turdan sonra maksimum nəticə ilə 15 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. “Sanderlend” isə dörd xalla 14-cü pillədə qərarlaşıb.
18:53
İngiltərə Premyer Liqasının beşinci turunda “Liverpul” səfərdə “Bornmut”u 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Vitaliti” stadionunda keçirilən və Maykl Oliverin idarə etdiyi qarşılaşmada yeganə qol 57-ci dəqiqədə vurulub.
“Liverpul”un hücumçusu Aleksander İsak fərqlənərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, beş turdan sonra “Liverpul” 9 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Bornmut” isə 3 xalla 17-ci yerdədir.
Paralel keçən "Lids Yunayted" - "Kristal Palas" oyununda hesab açılmayıb.
