Peres Tottini “Real”a apara bilməməsini karyerasının mənfi cəhəti adlandırıb

Xəbərlər
20 Oktyabr 2023 14:29
111
Peres Tottini “Real”a apara bilməməsini karyerasının mənfi cəhəti adlandırıb

“Roma”nın və İtaliya millisinin sabiq hücumçusu Françesko Totti Madrid “Real”ına olan sevgisinin səbəbini açıqlayıb.

İdman.biz xəbər verir ki, əfsanəvi futbolçu “Kral klubu”nu uşaqlıqdan bəyəndiyini və komandadan ruh aldığını deyib.

Əfsanəvi futbolçu “Real”la bağlı madridlilərin prezidenti Florentina Pereslə də danışdığını etiraf edib: “Bəli, onunla bir neçə dəfə görüşdüm. O, dedi ki, karyerasının yeganə mənfi tərəfi məni “Real”a apara bilməməsidir. Bu onun yeganə zəif nöqtəsi idi”.

Qeyd edək ki, karyerası ərzində ancaq “Roma”nın şərəfini qoruyan Totti onlarla İtaliya çempionluğunu (2000/2001 mövsümü), 2 dəfə ölkə kubokunu (2006/2007, 2007/2008) və Superkubokunu (2001, 2007) qazanıb. Veteran hücumçu İtaliya millisi ilə 2006-cı ildə dünya çempionu da olub.

İdman.biz