Dünyanın ən dəyərli milli komandalarının siyahısı açıqlanıb

Xəbərlər
12 Oktyabr 2023 18:03
290
Dünyanın ən dəyərli milli komandalarının siyahısı açıqlanıb

Futbol üzrə dünyanın ən dəyərli 30 milli komandasının siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıya İngiltərə başçılıq edir.

Onların futbolçularının dəyəri 1.32 milyard avroya bərabərdir. İngilisləri Fransa (1,06 milyard avro) izləyir. İlk “üçlüy”ü qapayan Portuqaliya millisinin dəyəri isə 998 milyon avrodur.

Siyahıda AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibləri də yer alıblar. Belçika 11-ci (429,8 milyon avro), Avstriya (279.8 milyon avro) 19-cu, İsveç 27-cidir (225.1 milyon avro).

Ən dəyərli “10-luq”

1. İngiltərə - 1,32 milyard avro

2. Fransa – 1,06 milyard avro

3. Portuqaliya – 998 milyon avro

4. Braziliya – 940 milyon avro

5. İspaniya – 820 milyon avro

6. Argentina – 798,5 milyon avro

7. İtaliya – 775,5 milyon avro

8. Almaniya – 774.5 milyon avro

9. Niderland – 438,5 milyon avro

10. Norveç – 437,45 milyon avro

İdman.biz