Dembele dubl etdi, əfsanəvi fransızı geridə qoydu

10 Sentyabr 2026 09:06
70
Dembele dubl etdi, əfsanəvi fransızı geridə qoydu

PSJ-nin futbolçusu Usman Dembele Çempionlar Liqası tarixində ən məhsuldar fransız futbolçuların siyahısında beşinci pilləyə yüksəlib.

İdman.Biz xəbər verir ki, 29 yaşlı forvard Bratislavanın “Slovan” komandasına qarşı keçirilən və parislilərin 6:1 hesablı qələbəsi ilə başa çatan ümumi mərhələnin ilk tur matçında dubl edib.

Dembele Çempionlar Liqasındakı 29-cu və 30-cu qollarını vuraraq “Monako” və “Yuventus”un sabiq hücumçusu David Trezeqeni geridə qoyub.

Fransa futbolçuları arasında rekord 90 qolla Karim Benzemaya məxsusdur. İkinci yeri Kilian Mbappe (71) tutur. Daha sonra Tyerri Anri (50) və Antuan Qrizman (44) qərarlaşıblar.

İdman.Biz