Neymarın həyat yoldaşı futbolçunun keçmiş sevgilisini verilişinə dəvət edib - FOTO/VİDEO

10 Sentyabr 2026 09:45
68
Neymarın həyat yoldaşı futbolçunun keçmiş sevgilisini verilişinə dəvət edib - FOTO/VİDEO

Braziliyalı futbol ulduzu Neymarın həyat yoldaşı olan Bruna Byankardi hücumçunun keçmiş sevgilisi Kerolu özünün kulinariya şousuna dəvət edib.

İdman.Biz xarici mətbuata istinadən xəbər verir ki, onların hazırda dost münasibətində olduğu üzə çıxıb. Hətta Bruna və Kerol keçmişdə yaşananları yumorla xatırlayırlar.

Kerol veriliş zamanı münasibətlərinin əvvəlcə heç də yaxşı olmadığını etiraf edib:

“Xeyr, biz heç vaxt dalaşmamışıq. Baxmayaraq ki, əvvəlcə Bruna xoşuma gəlmirdi. Onların Parisdə bu qədər çox vaxt keçirmələri məni əsəbiləşdirirdi.

Üstəlik, oğlumu tanımadığım bir insanla qoymaq mənim üçün çətin idi. Amma sonra münasibətlərimiz yaxşılaşdı”.

Beləliklə, vaxtilə bir-birinə qarşı soyuq münasibətdə olan iki qadın indi birlikdə yemək hazırlayıb.

İdman.Biz