Madrid derbisi yarımçıq dayandırılıb

Xəbərlər
30 Sentyabr 2024 00:30
322
Madrid derbisi yarımçıq dayandırılıb

İspaniya çempionatında "Atletiko" - "Real" matçı yarımçıq dayandırılıb.

İdman.biz xəbər verir ki, buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub.

Nəticədə hakimin qərarına əsasən Madrid derbisinin 69-cu dəqiqəsində komandalar soyunub-geyinmə otağına yollanıblar. "Real" hesabda 1:0 öndə olub.

Qeyd edək ki, qarşılaşma 15 dəqiqə sonra bərpa olunub.

İdman.biz