"Əl-Hilal" "Əl-Şəbab"ı məğlub etdi, Neymar penaltini qaçırdı - VİDEO

Xəbərlər
30 Sentyabr 2023 09:05
"Əl-Hilal" "Əl-Şəbab"ı məğlub etdi, Neymar penaltini qaçırdı - VİDEO

Səudiyyə Ərəbistanı çempionatında 8-ci turda keçirilən "Əl-Hilal" - "Əl-Şəbab" oyunu başa çatıb. Komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fəhd Beynəlxalq Stadionunda qarşılaşıblar. “Əl-Hilal” 2:0 hesabı ilə qalib gəlib.

İdman.biz xəbər verir ki, ilk hissədə 37-ci dəqiqədə braziliyalı “Əl-Hilal”ın yarımmüdafiəçisi Neymar penaltidən fərqlənə bilməyib. 68-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Kalidu Koulibali fərqlənib. Neymar ona fərqlənməyə kömək edib. 76-cı dəqiqədə "Əl-Hilal"ın ikinci qolunu hücumçu Aleksandr Mitroviç vurub.

Əl-Hilal çempionatın turnir cədvəlində birinci yerdədir. Komanda səkkiz görüşdən sonra 20 xal toplayıb. “Əl-Şəbab” 8 xalla 11-ci yerdədir.

İdman.biz