“Leççe” Turində büdrədi - VİDEO

Xəbərlər
27 Sentyabr 2023 00:52
110
“Leççe” Turində büdrədi - VİDEO

“Yuventus” A seriyasının 6-cı turunda qələbə qazanıb.

İdman.biz saytı xəbər verir ki, Turin klubu öz meydanında “Leççe”yə qalib gəlib.

Ötən turda “Sassuolo”ya uduzan meydan sahibləri növbəti səhvi buraxmaq niyyətində deyildilər. İlk 5 oyunda məğlub olmayan “Leççe” güclü rəqibə ciddi müqavimət göstərib. “Yuventus” 57-ci dəqiqədə Milikin vurduğu qolla çətin qələbə qazanıb.

İtaliya A Seriyası
6-cı tur
26 sentyabr

“Yuventus” – “Leççe” – 1:0

İdman.biz