İngiltərənin “Tottenhem” komandasının ukraynalı futbolçu Mixail Mudrik zədələnib. Futbolçu 6-8 həftə ərzində komandasına kömək edə bilməyəcək.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Futbolçu transfer pəncərəsinin son günündə “Çelsi”dən icarə əsasında London klubuna keçib.
25 yaşlı ukraynalı futbolçu “Tottenhem”in İngiltərə Premyer Liqasının üçüncü turunda “Nottingem Forest”lə oyununda debüt edib. Mudrik 74-cü dəqiqədə Matis Telin əvəzinə meydana çıxıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
2024-cü ilin dekabrında Mudrikin orqanizmində qadağan olunmuş meldonium preparatı aşkarlanıb. Diskvalifikasiyasının ləğvindən sonra ukraynalı futbolçu “Çelsi”nin heyətində üç yoxlama matçında iştirak edib.
