PSJ "Marsel"i darmadağın edib - VİDEO

Xəbərlər
25 Sentyabr 2023 08:03
189
PSJ "Marsel"i darmadağın edib - VİDEO

Sentyabrın 24-də Fransa Liqa 1-də 6-cı turun PSJ - "Marsel" oyunu baş tutub. Görüş Parisin "Park de Prens" stadionunda baş tutub. Oyunu Villi Delajaunun başçılıq etdiyi hakimlər briqadası idarə edib. Saat 22:45-də start fiti səslənib. PSJ "Marsel"i 4:0 hesabı ilə məğlub edib.

Oyunun əvvəlində, səkkizinci dəqiqədə parislilərin müdafiəçisi Əşrəf Həkimi görüşdə hesabı açıb, meydan sahiblərini önə keçirib. 37-ci dəqiqədə PSJ-nin yeni hücumçusu Randal Kolo-Muani parislilərin çempionatda debüt qolunu vurub. İkinci hissədə, 47-ci dəqiqədə, Usman Dembelenin ötürməsi ilə Qonsalo Ramos, 1-ci Liqada Paris klubunun heyətində ilk qolunu vuraraq hesabı artırıb. Görüşün ən sonunda, 89-cu dəqiqədə Kolo-Muaninin ötürməsi ilə Ramos dubla imza ataraq oyunun yekun hesabını təyin edib - 4:0.

Beləliklə, bu görüşdən sonra PSJ altı oyunda 11 xal toplayaraq Fransa çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. "Marsel" hazırda 9 xalla 7-ci yerdədir.

Fransa - Liqa 1. 6-cı tur
24 sentyabr 2023-cü il, bazar günü. 22:45

PSJ (Paris) - Marsel - 4:0

1:0 Hakimi – 8' 2:0 Kolo Muani – 37' 3:0 Ramos – 47' 4:0 Ramos – 89'

İdman.biz