İspaniya La Liqasının prezidenti Xavyer Tebas yeddinci turda “Atletiko”ya 1:2 hesabı ilə məğlub olan “Real”ın hakimliklə bağlı narazılığına münasibət bildirib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Tebas “Real”ın hakim səhvlərinə görə uduzmadığını bildirib.
“Şikayətləri başa düşürəm, lakin onların təqdimetmə formasını yox. Madrid “Real”ı məhz həmin epizodlara görə uduzmayıb. Höysenin hərəkəti birbaşa qırmızı vərəqə idi. Li Kan İninin də qırmızı vərəqə ala biləcəyi anlar var idi, lakin oyun o qədər dinamik idi ki, bunun niyə belə baş verdiyini anlayıram”, – deyə Tebas vurğulayıb.
Qeyd edək ki, qarşılaşma Madriddəki “Sivitas Metropolitano” stadionunda keçirilib. Görüşün baş hakimi Migel Anxel Ortis Aryas olub.
“Real”ın baş məşqçisi Joze Mourinyo matçdan sonra keçirilən mətbuat konfransında Migel Anxel Ortis Aryasın hakimliyini tənqid edib. Klub da qarşılaşmada hakim qərarlarına etirazını bildirib.
