“Sabah”ın kapitanı Qazaxıstan millisinin düşərgəsinə qoşulub

22 Sentyabr 2026 00:09
45
“Sabah”ın kapitanı Qazaxıstan millisinin düşərgəsinə qoşulub

“Sabah” futbol klubunun qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasına dəvət alıb.

İdman.Biz xəbər verir ki, qolkiper artıq yığmanın düşərgəsinə qoşulub. O, “Astana Arena”da məşqdə iştirak edib. Paylaşılan görüntülərdə Pokatilov Qazaxıstan millisinin baş məşqçisi Con van Şip və komanda yoldaşları ilə söhbət edərkən də əks olunub.

“Əlbəttə, millət komandasını, uşaqları, hər kəsi və bu atmosferi darıxmışdım”, – deyə futbolçu bildirib.

“Sabah”ın kapitanı UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün keçirdiyi təsnifat mərhələsinin 8 oyununda da meydana çıxıb. Və Çempionlar Liqasının əsas mərhələsində "Mançester Yunayted"ə qarşı səfərdə oynayıb.

Pokatilov sonuncu dəfə Qazaxıstan millisinin formasını 2025-ci il iyunun 5-də Belarusla yoldaşlıq görüşündə geyinib. Həmin qarşılaşmada Qazaxıstan 1:4 hesabı ilə məğlub olub. Qapıçının millidəki son rəsmi oyunu isə 2024-cü il noyabrın 17-də Millətlər Liqasında Norveçə qarşı keçirilən matça təsadüf edib (0:5).

İdman.Biz