Markizionun 17 yaşlı oğlu “Yuventus”la peşəkar müqavilə imzaladı

21 Sentyabr 2026 23:24
31
Markizionun 17 yaşlı oğlu “Yuventus”la peşəkar müqavilə imzaladı

“Yuventus” futbol klubu yetirməsi Davide Markizio ilə peşəkar müqavilə bağlayıb.

İdman.Biz xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi Turin təmsilçisi ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq sözləşmə imzalayıb.

Davide Markizio daha əvvəl “Yuventus”un müxtəlif yaş qruplarından ibarət komandalarında çıxış edib.

Qeyd edək ki, Davidenin atası Klaudio Markizio uzun illər “Yuventus”un formasını geyinib. İtaliyalı keçmiş yarımmüdafiəçi klubun sistemində ümumilikdə 25 il keçirib.

İdman.Biz