“Trabzonspor”un futbolçusu Məhəmməd Salahın Kürdərə yaylasına səfəri Trabzonda qeyri-adi görməli yerin yaranmasına səbəb olub.
İdman.Biz “Goal”a istinadən xəbər verir ki, misirli futbolçunun Kürdərə yaylasına səfəri zamanı üzərində şəkil çəkdirdiyi adi daş azarkeşlər və turistlər arasında populyarlaşıb.
Salahın sosial şəbəkələrdə səfərdən fotolarını paylaşmasından sonra yaylaya maraq yaranıb. Şəkillərdən birində futbolçu daşın üzərində əyləşib. Fotoların sosial şəbəkələrdə yayılmasından sonra Salahın pərəstişkarları həmin yeri tapmaq, burada şəkil çəkdirmək və futbolçunun pozasını təkrarlamaq üçün yaylaya üz tutmağa başlayıblar.
Yerli sakinlər daşı artıq “Salahtaşı”, yəni “Salah daşı” adlandırırlar. İnternetdə yeni görməli yerə aparan marşrutu göstərən videolar da yayılıb. Daşın yaxınlığında isə xüsusi göstərici quraşdırılıb.
Qeyd edək ki, bu yerə maraq Salahın “Qalatasaray”la matçdakı parlaq çıxışından qısa müddət sonra yaranıb. “Trabzonspor” həmin görüşdə 4:0 hesabı ilə qalib gəlib. Misirli futbolçu isə het-trik edib və bir məhsuldar ötürmə verib.
