Vincenzo Montella Türkiyə yığmasının baş məşqçisi oldu

Xəbərlər
21 Sentyabr 2023 21:13
120
Vincenzo Montella Türkiyə yığmasının baş məşqçisi oldu

Türkiyə yığmasının yeni baş məşqçi ilə müqavilə imzalayıb.

İdman.biz saytı xəbər verir ki, komandaya Vincenzo Montella rəhbərlik edəcək.

İtaliyalı mütəxəssislə üç illik razılaşma əldə olunub. O, dünən istefaya göndərilən Ştefan Kuntzu əvəzləyib. Montella artıq Trkiyədə fəaliyyət göstərib. O, ötün mövsüm “Adana Dəmirspor”a başçılıq edib.

Türkiyə yığması AVRO-2024-ün seçmə mərhələsində 5 oyundan sona 10 xal toplayaraq, ikinci pillədə qərarlaşıb.

İdman.biz