ÇL: "Milan" xal itirdi, "Barselona" və "Mançester Siti" qələbə qazandı - VİDEO

Xəbərlər
20 Sentyabr 2023 01:03
109
ÇL: "Milan" xal itirdi, "Barselona" və "Mançester Siti" qələbə qazandı - VİDEO

Bu gün Çempionlar Liqasının qrup mərhələsi start götürüb.

İdman.biz saytı xəbər verir ki, 4 qrupda 8 oyun keçirilib.

Günün ən maraqlı qarşılaşması Milanda baş tutub Şəhərin eyniadlı klubu “Nyukasl”ı qəbul edib və qapılara qol vurulmayıb. "Ölüm qrupu"nun digər matçında PSJ "Borussiya"dan güclü olub.

İtaliyada keçirilən digər qarşılaşmada “Latsio” öz meydanında “Atletiko”nu sınağa çəkib. Hesabda geri olan meydan sahiblərinin heyətində qapıçı qəhrəman olub. Son dəqiqələrdə hücuma atılan Provodel "Latsio"nu məğlubiyyətdən xilas edib.

"Barselona" öz meydanında "Antverpen"i darmadağın edib. Turnirin qalibi "Mançester Siti" isə "Srvena Zvezda"nı məğlub edib.

E qrupu

23:00. “Feyenoord” – “Seltik” - 2:0
Qollar: Stengs, 45+2. Cahanbaxış, 76
23:00. “Latsio” – “Atletiko” M - 1:1
Qollar: Provodel, 90+5 - Barrios, 29

F qrupu
20:45. “Milan” – “Nyukasl” - 0:0
23:00. PSJ – “Borussiya” D - 2:0
Qollar: Mbappe, 49 (pen.). Hakimi, 58

G qrupu
20:45. “Yanq Boyz” – “Leyptsiq” - 1:3
Qollar: Elia, 33 - Simakan, 3. Şlager, 74. Sesko, 90+2
23:00. “Mançester Siti” – “Srvena Zvezda” - 3:1
Qollar: Alvares, 47; 60. Rodri, 73 - Bukari, 45

H qrupu
23:00. “Şaxtyor” – “Portu” - 1:3
Qollar. Kelsi, 13 - Qaleno,8; 15. Taremi, 29
23:00. “Barselona” – “Antverpen” - 5:0
Qollar: Joao Feliks, 11. Levandovski, 19. Batailye, 22 (öz qapısına). Qavi, 54

İdman.biz