Çempionlar Liqasında REKORDLAR

Xəbərlər
18 Aprel 2024 09:30
967
Çempionlar Liqasında REKORDLAR

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

İdman.biz xəbər verir ki, İFFHS mərhələnin son oyun günü ilə bağlı statistik hesabat hazırlayıb.

“Mançester Siti” – “Real” – 1:1 (pen.3:4)

“Real” tarixində 6-cı dəfə (1998, 2000, 2002, 2014, 2022, 2024) turnirin son qalibini mübarizədən kənarlaşdırmaqla ən yaxın izləyicisi ilə fərqi ikiqata çatdırıb.

Çempionlar kubokunu (1955-92) da nəzərə alsaq, “Real” 10, ikinci olan “Yuventus” 5 dəfə son qalibi mübarizədən kənar qoyub.

Karlo Ançelotti “Real”la pley-offdakı 14 matçda 12 qələbə qazanıb.

Karlo Ançelotti 10-cu dəfə yarımfinala yüksəlməklə Pep Qvardiolanın rekordunu təkrarlayıb.

Karlo Ançelotti “Yuventus”la 1 (1999), “Milan”la 4 (2003, 2005, 2006 и 2007), “Real”la 5 (2014, 2015, 2022, 2023 и 2024) dəfə yarımfinala yüksəlib.

7 ildir qrup mərhələsində fərqlənməyən Kevin de Bruyne ardıcıl 11-ci dəfə qolunu pley-offda vurub.

“Real” 8-ci dəfə əlavə vaxt oynayıb ki, bu da turnirin rekordudur. “Çelsi” və “Atletiko”da bu rəqəm 7-dir.

“Real” əlavə vaxt oynadığı son 6 mərhələni adlayıb.

“Real” avrokuboklarda ardıcıl 4-cü, tarixində 15 cəhddən 11-də penaltilər seriyasında qalib gəlib.

“Bavariya” – “Arsenal” – 1:0

“Bavariya” 5-ci dəfə “Arsenal”ı pley-offda mübarizədən kənarlaşdırıb.

Yalnız “Real” eyni rəqibi (“Bavariya”nı) daha çox – 6 dəfə yarışdan çıxarıb.

Tomas Tuxel üç klubla (PSJ, “Çelsi”, “Bavariya”) yarımfinala çıxan ilk almaniyalı olub.

21-ci əsrdə 7-ci dəfə (2002/03, 2009/10, 2012/13, 2014/15, 2016/17, 2019/20, 2023/24) yarımfinalda İngiltərə klubu olmayacaq.

1/4 finalda 32 qol olub ki, bu da turnirin tarixində yeni rekorddur.

İdman.biz

Məqalədə: