Portuqaliyalı ulduzdan iddialı açıqlama

Xəbərlər
16 Aprel 2024 18:21
122
Portuqaliyalı ulduzdan iddialı açıqlama

“Mançester Siti”nin portuqaliyalı ulduzu Bernardu Silva sabah “Real”la keçiriləcək oyun haqqında danışıb.

İdman.biz xəbər verir ki, o, Çempionlar Liqasında titulu qorumaq arzusunda olduqlarını bildirib.

Silvanin fikrincə, “Mançester Siti” ardıcıl ikinci dəfə turnirin qalibi ola bilər: “Biz Premyer Liqada birinci olmaq istəyirik. Bundan başqa, Çempionlar Liqası kubokunu ardıcıl ikinci dəfə başımız üzərinə qaldırmağı arzulayırıq. “Real”a hörmətlə yanaşırıq. Rəqib özünəməxsusu oyun üslubu olan təhlükəli komandadır”.

"Mançester Siti" 2022/2023 mövsümündə turnirin qalibi olub.

Qeyd edək ki, 1 həftə əvvəl Madridd keçirilən qarşılaşma 3:3 hesabı ilə başa çatıb. “Mançester Siti” – “Real” matçı sabah saat 23:00-da start götürəcək.

İdman.biz