Kriştianu Ronaldunun oğlu “Əl-Nəsr”də dubl edib – VİDEO

21 Sentyabr 2026 12:03
68
Kriştianu Ronaldunun oğlu “Əl-Nəsr”də dubl edib – VİDEO

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun U-17 komandasında çıxış edən Kriştianu Ronaldunun oğlu Kriştianu Ronaldu Junior “Əl-Əhli” ilə matçda dubl edib.

İdman.Biz xəbər verir ki, 16 yaşlı futbolçu komandasının 2:1 hesablı qələbəsinə iki qolla töhfə verib.

“Əl-Nəsr” matçın əvvəlində hesabda geri düşüb. Lakin Kriştianu Ronaldu Junior ilk hissədə iki dəfə fərqlənərək komandasına qələbə qazandırıb.

O, ilk qolunu qapıçı ilə təkbətək çıxışdan sonra rəqibini keçərək boş qapıya vurub. İkinci epizodda isə cərimə meydançasının xəttindən dəqiq zərbə ilə topu tora göndərib.

Qeyd edək ki, Kriştianu Ronaldu Juniorun atası, Portuqaliya millisinin və “Əl-Nəsr”in kapitanı Kriştianu Ronaldu da Səudiyyə klubunda çıxış edir.

İdman.Biz