“Qalatasaray” liderliyi geri qaytarıb - VİDEO

Xəbərlər
16 Aprel 2024 00:09
128
“Qalatasaray” liderliyi geri qaytarıb - VİDEO

“Qalatasaray” Türkiyə Superliqasında lider mövqeyini geri qaytarıb.

İdman.biz xəbər verir ki, son çempion 32-ci turda “Alanyaspor”u məğlub edib.

Okan Burukun yetirmələri səfərdə rəqib qapısından 4 cavabsız top keçiriblər. Fasiləyə kimi rəqibin müqavimətini qıra bilməyən “Qalatasaray” 2-ci hissədə vacib qolları vurub.

Bu qələbədən sonra “sarı-qırmızılar” xalını 87-yə çatdıraraq, 1-ci pilləyə yüksəlib. “Fənərbaxça” 85 xal toplayıb.

Tükiyə Superliqası
32-ci tur

“Alanyaspor” – “Qalatasaray” – 0:4

İdman.biz