Argentina millisinin və “Mançester Siti”nin futbolçusu Enzo Fernandes Lionel Messinin milli komandadakı karyerasını başa vurması barədə danışıb.
İdman.Biz xəbər verir ki, Fernandes argentinalı ulduzla eyni soyunub-geyinmə otağını bölüşməyin onun üçün böyük imtiyaz olduğunu deyib.
“O, hamıdan fərqlidir. Messi tarixin ən böyüyüdür. Ona görə də soyunub-geyinmə otağını onunla bölüşmək böyük imtiyazdır. Lionel uşaqlığımdan bəri həmişə kumirim olub. O, çox yaxşı insandır və mən bu anları onunla bölüşdüyüm üçün qürur duyuram.
Mənim üçün bu, böyük şərəfdir, həqiqətən də bundan zövq alıram. Onun komanda yoldaşı və dostu olmaq həyatdakı ən böyük imtiyazlardan biridir”, - deyə Fernandes “Ole”yə bildirib.
Qeyd edək ki, “Mançester Siti” Enzo Fernandesi “Çelsi”dən 145 milyon avroya transfer edib.
