“Liverpul”un baş məşqçisi Andoni İraola İngiltərə Liqa Kubokunun 1/16 finalında “Tottenhem” üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib.
İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, mütəxəssis Dominik Soboslainin əlavə olunmuş vaxtda vurduğu qolu xüsusi fərqləndirib.
“Biz üç əla qol vurduq. Bizim üçün həm də birinci və ikinci qolların məhz necə təşkil olunması çox vacibdir. Üçüncü qol isə əsl şah əsərdir. Başqa oyunçu zərbə vuranda elə gəlir ki, qapı həddindən artıq uzaqdadır. Amma Dominik zərbə vuranda inanırsan ki, o, qol vuracaq”, - deyə İraola bildirib.
