“Arsenal” və “Liverpul”a ağır zərbə

Xəbərlər
14 Aprel 2024 21:48
150
“Arsenal” və “Liverpul”a ağır zərbə

“Arsenal” və “Liverpul” çempionluq yarışında ağır zərbə alıb.

İdman.biz xəbər verir ki, hər iki komanda İngiltərə Premyer Liqasının 33-cü turunda öz meydanında uduzub.

“Liverpul” “Kristal Pelas” 0:1, “Arsenal” isə “Aston Villa”ya 0:2 hesabı ilə məğlub olub. 71 xala malik komandalar dünən qələbə qazanan “Mançester Siti”ni özlərindən irəli buraxıblar. Son çempionun hesabında 73 xal var.

Günün digər matçında da qonaqlar üstün olublar. “Fulhem” “Vest Hem”in qapısından 2 cavabsız top keçirib.

İngiltərə Premyer Liqası
33-cü tur

“Vest Hem” – “Fulhem” – 0:2
“Liverpul” – “Kristal Pelas” – 0:1
“Arsenal” – “Aston Villa” – 0:2

İdman.biz