Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurub.
İdman.Biz “O Jogo”ya istinadən xəbər verir ki, 41 yaşlı hücumçu artıq milli komandanın formasını geyinmək niyyətində deyil və bu qərarı geri dönməz xarakter daşıyır.
Hələlik Portuqaliya Futbol Federasiyası və futbolçunun özü tərəfindən rəsmi açıqlama verilməyib.
Ronaldu sentyabrın 30-da baş məşqçi Jorje Jezuşun UEFA Millətlər Liqasında Danimarka ilə matçda onu start heyətində meydana buraxmayacağını açıqlamasından sonra milli komandanın düşərgəsini tərk edib. Daha sonra hücumçu bəyanat yayaraq gedişini təsdiqləyib və qərarının səbəbləri barədə “bütün həqiqəti” danışacağına söz verib.
“O Jogo” həmçinin qeyd edir ki, Ronaldu düşərgəni tərk edərkən komanda yoldaşlarının heç biri ilə vidalaşmayıb.
Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisinin heyətində 234 oyun keçirib və 146 qol vurub.
