Kriştianu Ronaldunun şəxsi təyyarəsi Portuqaliya millisinin düşərgəsini tərk edən futbolçunu aparmaq üçün Kopenhagenə gəlib.
İdman.Biz “Record”a istinadən xəbər verir ki, təyyarə yerli vaxtla saat 22:14-də Danimarka paytaxtına eniş edib.
Daha əvvəl Ronaldu baş məşqçi Jorje Jezuşun mətbuat konfransından sonra Portuqaliya millisinin məşqini tərk edib. Daha sonra 41 yaşlı hücumçu komandanın düşərgəsindən ayrılmaq qərarını təsdiqləyib.
Ronaldu bu qərarı Jezuşun jurnalistlər qarşısındakı çıxışından və Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa ilə söhbətindən sonra qəbul etdiyini bildirib.
Forvard həmçinin qərarının səbəbləri barədə daha sonra “bütün həqiqəti” açıqlayacağını deyib.
Portuqaliya KİV-lərinin məlumatına görə, Ronaldu milli komandaya bir daha qayıtmaya bilər.
Qeyd edək ki, Portuqaliya millisi oktyabrın 1-də UEFA Millətlər Liqasında Kopenhagendə Danimarka ilə qarşılaşacaq.
