“Leypsiq” və “Ştutqart” 3 qolla 3 xal qazanıb

Xəbərlər
14 Aprel 2024 00:32
108
“Leypsiq” və “Ştutqart” 3 qolla 3 xal qazanıb

Almaniya Bundesliqasında 29-cu turun 6 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, “Bavariya” öz meydanında “Köln”ə qalib gəlib.

Münhen klubu 2:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Guerrero və Müller vurub. Bu qələbədən sonra “Bavariya” liderlə xal fərqini 13-ə endirib. “Bayer” sabah qələbə qazanacağı təqdirdə sona 5 tur qalmış çempionluğu rəsmiləşdirəcək.

Çempionlar Liqasına vəsiqə verən yerlər uğrunda yarışan “Leypsiq” və “Ştutqart” doğma azarkeşlər qarşısında böyükhesablı qələbələr qazanıblar. Hər iki komanda rəqiblərini 3:0 hesabı ilə məğlub ediblər.

Almaniya Bundesliqası
29-cu tur

“Borussiya M” – “Borussiya D” – 1:2
“Bavariya” – “Köln” – 2:0
“Bohum” – “Haydenhaym” – 1:1
“Maynts” – “Hoffenhaym” – 4:1
“Leypsiq” – “Volfsburq” – 3:0
“Ştutqart” – “Ayntraxt” – 3:0

İdman.biz