“Fənər” 4 qolla qalib gəlib

Xəbərlər
4 Aprel 2024 00:16
134
“Fənər” 4 qolla qalib gəlib

Türkiyə Superliqasında 31-ci turun 4 qarşılaşması baş tutub.

İdman.biz xəbər verir ki, 2 oyunda meydan sahibləri, 2 matçda qonaqlar qələbəyə seviniblər.

“Fənərbaxça” öz meydanında Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor”u məğlub edib. İstanbul klubu 4:2 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra 82 xal toplayan “sarı lacivərdlilər” lider “Qalatasaray”dan 2 xal geri qalırlar.

“Trabzonspor” səfərdə “Konyaspor”dan güclü olub.

Türkiyə Superliqası
31-ci tur

“Sivasspor” – “Karagümrük” – 1:0
“Kayserispor” – “Kasımpaşa” – 0:2
“Konyaspor” – “Trabzonspor” – 1:3
“Fənərbaxça” – “Adana Dəmirspor” – 4:2

İdman.biz