Ramos daha 1 il “Sevilya”da

Xəbərlər
31 Mart 2024 13:06
203
Ramos daha 1 il “Sevilya”da

Serxio Ramos karyerasını “Sevilya”da davam etdirəcək.

İdman.biz xəbər verir ki, 38 yaşlı futbolçu komanda ilə yeni razılaşma əldə edib.

Ötən yayda PSJ-dən ayrılan Ramos “Sevilya” ilə 1 illik müqavilə imzalamışdı. Təcrübəli futbolçu doğma komandası ilə daha 1 mövsüm əməkdaşlıq edəcək.

Serxio hazırki mövsümdə 20 oyunda meydana çıxıb. 3 dəfə fərqlənən Ramos 6 sarı və 1 qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 38 yaşlı müdafiəçi dünən “Xetafe” ilə matçda yeganə qolun müəllifi olub. “Sevilya” 31 xalla 14-cü pillədə qərarlaşıb.

İdman.biz