“Real” “Mançester Siti” ilə bağlı pusquda durub

27 Sentyabr 2026 12:13
77
“Real” “Mançester Siti” ilə bağlı pusquda durub

İspaniyanın “Real” futbol klubu İngiltərənin “Mançester Siti” komandasındakı vəziyyəti yaxından izləyir.

İdman.Biz “Goal” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi “şəhərlilər”in mümkün ağır sanksiyalarla üzləşəcəyi təqdirdə heyətdə yarana biləcək dəyişikliklərdən yararlanmağa çalışacaq.

“Real”ın maraq dairəsində Erlinq Holand, Yoşko Qvardiol, Rayan Çerki və Jeremi Dokunun olduğu bildirilir. Mənbəyə görə, xüsusilə Holand, Çerki və Qvardiol Madrid klubunun uzun müddətdir izlədiyi futbolçular sırasındadır.

“Mançester Siti” ilə bağlı maliyyə pozuntularına dair iş üzrə yekun sanksiyalar hələ müəyyənləşməyib. Klub mümkün qərardan apellyasiya verməyə hazırlaşır. Ən sərt ssenarilərdə cərimə, xal silinməsi və Premyer Liqadakı statusa təsir edə biləcək tədbirlər müzakirə olunur.

Erlinq Holand 2034-cü ilə qədər “Mançester Siti” ilə müqaviləlidir və onun müqaviləsində mümkün aşağı liqaya düşmə halına bağlı xüsusi çıxış bəndinin olmadığı qeyd edilir. Qvardiolun isə müqaviləsi 2031-ci ilə qədər uzadılıb.

“Real”ın baş məşqçisi Joze Mourinyonun isə xüsusilə yarımmüdafiə və hücum xəttinin gücləndirilməsində maraqlı olduğu bildirilir. Klubun mümkün transferlərə keçməsi “Mançester Siti”yə veriləcək yekun sanksiyalardan və futbolçuların gələcəyi ilə bağlı qərarlardan asılı olacaq.

İdman.Biz