“Mançester Siti” peşəkar futboldan tam kənarlaşdırıla bilər

27 Sentyabr 2026 10:56
86
“Mançester Siti” peşəkar futboldan tam kənarlaşdırıla bilər

İngiltərənin “Mançester Siti” futbol komandası maliyyə qaydalarının ehtimal olunan pozuntuları ilə bağlı iş üzrə ən sərt ssenari reallaşacağı halda ölkənin bütün peşəkar futbol divizionlarından kənarda qala bilər.

İdman.Biz xəbər verir ki, jurnalist Ben Ceykobsun məlumatına görə, araşdırmanın yekununda “Mançester Siti” Premyer Liqadan xaric edilərsə, İngiltərə Futbol Liqası (EPL) da qərarı nəzərdən keçirməyə və klubu öz yarışlarına buraxmamağa hazırdır.

“Ən pis ssenaridə “Mançester Siti”nin ümumiyyətlə futboldan kənarlaşdırılması təhlükəsi var. Amma bu, sadəcə hüquqi baxımdan mümkün variantlardan biridir. Ona görə də konkret cəzanın necə olacağı ilə bağlı spekulyasiya etmək düzgün deyil”, - deyə Ceykobs bildirib.

EFL Premyer Liqadan aşağıda yerləşən üç peşəkar divizionu - Çempionşip, Liqa 1 və Liqa 2-ni idarə edir.

Xatırladaq ki, iş 2009-2018-ci illər ərzində maliyyə qaydalarının ehtimal olunan pozuntularına aiddir. Klubun üzləşdiyi ittihamlar arasında maliyyə məlumatlarının təqdim edilməsi, futbolçu və məşqçilərə ödənişlər, eləcə də maliyyə tələblərinə əməl olunması ilə bağlı məsələlər var.

İdman.Biz